Yuxarı

İŞİD Avropada terror hücumları həyata keçirmək üçün 400-dən çox terrorçu hazırlayıb

Parisdə ardıcıl terror hücumları təşkil edən terrorçular hazırda Almaniya, Böyük Britaniya, İtaliya, Danimarka və İsveç üzrə paylaşılıb

Bakı. 24 mart. REPORT.AZ/ İŞİD terror qruplaşması Avropada terror hücumları həyata keçirmək üçün 400-dən 600-ə qədər terrorçu hazırlayıb. "Report" xəbər verir ki, bu barədə Aİ rəsmilərinə istinadən "Associated Press" məlumat verib.

Onların məlumatına görə, yaraqlılar İraq və Suriyadakı düşərgələrdə xüsusi təlim keçib. Qeyd olunur ki, terrorçular həmçinin partlama işi və izləmə üzrə də təlim keçib.

Parisdə ardıcıl terror hücumları təşkil edən terrorçular hazırda Almaniya, Böyük Britaniya, İtaliya, Danimarka və İsveç üzrə paylaşılıb.

Xatırladaq ki, martın 22-də Brüssel hava limanında və "Maalbek" metro stansiyasında törədilmiş terror aktları nəticəsində 30-dan çox adam ölüb, təxminən 200 nəfər yaralanıb. Belçikada üç günlük matəm elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi