​İraqla sərhəddə Səudiyyə Ərəbistanının generalı öldürülüb

​İraqla sərhəddə Səudiyyə Ərəbistanının generalı öldürülüb Rəsmi mənbələr basqınçılardan birinin tutulduğu haqda açıqlama yayıb
Digər ölkələr
5 Yanvar , 2015 13:10
​İraqla sərhəddə Səudiyyə Ərəbistanının generalı öldürülüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İraqla həmsərhəd bölgəsində - Arar şəhərində sərhədçilərin postuna yaraqlı intiharçılar basqın edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbçi, o cümlədən sərhəd qoşunları generalı Uda əl -Balui ölüb. Daha bir sərhədçi isə yaralanıb.

Krallığın Daxili İşlər Nazirliyi mətbuat xidmətinin katibi general-mayor Mənsur Turki yüsək rütbəli hərbçinin ölməsi faktını təsdiqləsə də onun adını açıqlamayıb. Qurumun məlumatına görə, basqınçılardan biri tutulub. 

Son xəbərlər

Orphus sistemi