İraqın şimalındakı Kürd Muxtar Əyalətinin nazirlərindən biri bölgəni tərk edib

İraqın şimalındakı Kürd Muxtar Əyalətinin nazirlərindən biri bölgəni tərk edib Amma Aşiti Havrami və onun başçılıq etdiyi qurum nazirin Böyük Britaniyaya səfəri ilə bağlı açıqlama verməyib
Digər ölkələr
10 Noyabr , 2017 15:38
İraqın şimalındakı Kürd Muxtar Əyalətinin nazirlərindən biri bölgəni tərk edib

Bakı. 10 noyabr. REPORT.AZ/ İraqın şimalındakı Kürd Muxtar Əyalətinin təbii ehtiyatlar naziri Aşiti Havrami Ərbili tərk edərək Böyük Britaniyaya gedib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu muxtariyyət parlamentində Süleymaniyyə şəhərini təmsil edən deputat Əli Heme Salih özünün sosial şəbəkədəki səhifəsində yazıb.

“Aşiti Havrami İraq Mülki Aviasiyasının Ərbil və Süleymaniyyədəki beynəlxalq uçuşları ləğv edilməzdən bir gün əvvəl bölgəni tərk edib. O, hazırda Londondadır”, - deyə deputat vurğulayıb. 

Amma A.Havrami və onun başçılıq etdiyi qurum nazirin Böyük Britaniyaya səfəri ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İraqın mərkəzi hakimiyyəti sentyabrın 29-dan bölgədəki iki hava limanından beynəlxalq uçuşları dayandırıb. 

Son xəbərlər

Orphus sistemi