İraqın paytaxtı Bağdadda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 20-ə çatıb, 100-ə yaxın yaralı var - YENİLƏNİB-3

İraqın paytaxtı Bağdadda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 20-ə çatıb, 100-ə yaxın yaralı var - YENİLƏNİB-3 Bakı. 7 iyun. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Digər ölkələr
7 İyun , 2018 02:22
İraqın paytaxtı Bağdadda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 20-ə çatıb, 100-ə yaxın yaralı var - YENİLƏNİB-3

Bakı. 7 iyun. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Ayn Al Iraq News" məlumat yayıb. 

Məlumata görə, hadisə zamanı 100-ə yaxın insan yaralanıb. Partlayışların səbəbi hələ məlum deyil. Təhqiqat aparılır.


***01:21

İraqın paytaxtı Bağdadda törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. 

"Report"un məlumatına görə, bu barədə "As-Sumariya" telekanalı xəbər verib.

Telekanalın xəbərində bildirilir ki, partlayışlar nəticəsində həmçinin onlarla insan xəsarət alıb. Qeyd edək ki, ölənlər arasında azyaşlılar da var.

Hadisə Bağdadın şərqində baş verib.


***00:30

İraqın paytaxtı Bağdadda törədilmiş 2 partlayış nəticəsində 7 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" güc strukturlarındakı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, ölənlərdən 2-i uşaqlardır. Partlayıcı qurğu məscidin yaxınlığında işə salınıb. Hadisə nəticəsində daha 20 nəfər xəsarət alıb.

Partlayış zamanı bir neçə evə ziyan dəyib. 


***23:53

İraqın paytaxtı Bağdadda minalanmış avtomobil partladılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin güc strukturlarındakı mənbə bildirib.

Məlumata görə, hadisə şiələrin üstünlük təşkil etdiyi "Mədinət əs-Sədr" rayonunda, Bağdadın şərqində, qəhvəxananın yaxınlığında baş verib. Hələlik xəsarət alanlar və ya ölənlər barədə məlumat yoxdur.

Ərazidə yaşayanların əksəriyyəti dini lider Müqtəda əs-Sədri dəstəkləyənlərdir. Onun rəhbəri olduğu blok bu yaxınlarda keçirilən parlament seçkilərində qalib gəlib.

Son xəbərlər

Orphus sistemi