İraqın güc strukturları seçki məntəqəsində terror aktının qarşısını alıb

İraqın güc strukturları seçki məntəqəsində terror aktının qarşısını alıb Bakı. 12 may. REPORT.AZ/ İraqın güc strukturları şənbə günü səhər tezdən Diyala əyalətində iki terrorçu-kamikadzeni məhv edib. Terrorçular şənbə günü başlayan parlament seçkiləri zamanı seçki məntəqələrindən birinə hücum planlaşdırıblar.
Digər ölkələr
12 May , 2018 11:56
İraqın güc strukturları seçki məntəqəsində terror aktının qarşısını alıb
REUTERS / Essam al-Sudani

Bakı. 12 may. REPORT.AZ/ İraqın güc strukturları şənbə günü səhər tezdən Diyala əyalətində iki terrorçu-kamikadzeni məhv edib. Terrorçular şənbə günü başlayan parlament seçkiləri zamanı seçki məntəqələrindən birinə hücum planlaşdırıblar.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə yerli qanunverici məclisin Təhlükəsizlik Komitəsinin başçısı "Əs-Sumariya" telekanalına bildirib.

Onun sözlərinə görə, terror aktını planlaşdıran radikallar avtomat silahlarla silahlanmış və partlayıcı qurğu ilə dolu olan "kamikazde kəmər"ini taxıblarmış.

Terrorçular səsvermənin başlamasına bir neçə saat qalmış Diyala əyalətinin kənd yaşayış məntəqələrinin birindən bir neçə kilometr aralıda məhv edilib.

Son xəbərlər

Orphus sistemi