Yuxarı

İraqın Əl-Kayyara şəhəri İŞİD-dən azad edilib

İraq hökuməti xalqa Mosulu bu il terrorçulardan azad edəcəyinə söz verib

Bakı. 25 avqust. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri Əl-Kayyara şəhərini terrorçu İŞİD qruplaşmasından azad edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-İbadinin adminstrasiyası məlumat yayıb.

Əl-Kayyara şəhəri İŞİD-in nəzarəti altında olan və terrorçuların başlıca dayağı sayılan Mosulun cənubunda yerləşir.

İraq hökuməti bu şəhərin terrorçulardan təmizlənməsini Mosulun azad edilməsi istiqamətində atılan vacib addım adlandırıb və Mosulu bu il terrorçulardan azad edəcəyinə söz verib. 

Məlumata görə, İraqın təhlükəsizlik qüvvələri Əl-Kayyaranın azad edilməsi əməliyyatına bu həftənin əvvəlində başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi