Bakı. 14 aprel. REPORT.AZ/ İraqın 14 vətəndaşını qətlə yetirməkdə ittiham olunan ABŞ-ın 3 hərbçisi 30 il azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.
Belə ki, yerli məhkəmə ABŞ-da fəaliyyət göstərən "Blackwater" özəl mühafizə firmasının 4 muzdlu əməkdaşı barəsində hökm çıxarıb.
ABŞ-ın Dairə məhkəməsi dinc İraq sakinlərinə atəş açanlardan birini, Nikolas Slatteni ömürlük azadlıqdan məhrum edib. Qətlin qalan 3 iştirakçıları - Pol Slou, Evan Liberti və Dastin Herd hər biri 30 il azadlıqdan məhrum olunublar.
Onların vəkilləri ittiham qərarı ilə bağlı apelyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər.
Xatırladaq ki, hadisə 2007-ci ildə baş verib.