Yuxarı
    Bağlamaq

    İraqdakı Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini icra edəcək şəxsin adı açıqlanıb

    Muxtariyyət parlamentinin qərarına əsasən İraqın Şimalındakı Yerli İdarəetmənin Başçılıq Rəyasət Heyəti də ləğv olunubBaş naziri Neçrivan Barzani

    Bakı. 30 oktyabr. REPORT.AZ/ İraqın şimalındakı Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini müvəqqəti olaraq muxtariyyətin baş naziri Neçrivan Barzani icra edəcək. 

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, əyalətə yeni başçı seçilənədək qərarları muxtariyyətin parlamenti və ya Ədalət Şurası qəbul edəcək. 

    N.Barzani isə həmin qərarların icrası ilə məşğul olacaq. 

    İraq Türkmən Cəbhəsinin üzvü, Ərbili təmsil edən deputat Aydın Maruf Məsud bildirib ki, muxtariyyətin başçısı Məsud Barzaninin səlahiyyətlərinin parlament və ya Ədalət Şurasına verilməsi səs çoxluğu ilə qəbul edilib.

    Onun sözlərinə görə, muxtariyyət parlamentinin qərarına əsasən İraqın Şimalındakı Yerli İdarəetmənin Başçlıq Rəyasət Heyəti də ləğv olunub.

    Ötən gün muxtariyyətin başçısı Məsud Barzani istefa verib. Onun vəzifəsindən getməsi ilə bağlı müraciəti parlamentdə oxunub. M.Barzani müraciətində qeyd edib ki, noyabrın 1-dən etibarən Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini icra etmək istəmir.

    Onun istefası parlamentdə səs çoxluğu ilə qəbul olunub.

    Xatırladaq ki, əyalətin başçısı vəzifisini icra edəcək Neçirvan Barzani 1966-cı ildə İraqda anadan olub. O, 1984-cü ildə Tehran Universitetnin Siyasi Elmlər fakültəsinin bitirib. 2006-2009-cu illərdə muxtariyyətdəki hökumətə başçılıq edib, 2012-ci ildən isə bu bölgənin baş naziridir. N.Barzani Məsud Barzaninin qardaşı oğludur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi