İraqdakı etiraz aksiyalarında ölənlərin sayı 40 nəfərə çatıb - YENİLƏNİB

İraqdakı etiraz aksiyalarında ölənlərin sayı 40 nəfərə çatıb - YENİLƏNİB İraqın paytaxtı Bağdad şəhərində və ölkənin digər əyalətlərində baş verən iğtişaşlarda ölənlərin sayı 40 nəfərə çatıb.
Digər ölkələr
26 Oktyabr , 2019 03:15
İraqdakı etiraz aksiyalarında ölənlərin sayı 40 nəfərə çatıb - YENİLƏNİB

İraqın paytaxtı Bağdad şəhərində və ölkənin digər əyalətlərində baş verən iğtişaşlarda ölənlərin sayı 40 nəfərə çatıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, baş verən qarşıdurmalarda iki min nəfər yaralanıb.

Bir həftəlik fasilədən sonra cümə günü Bağdadda, ölkənin mərkəzində və cənubundakı bir sıra şiə əyalətlərində yaşayış şəraitinin pisləşməsinə, işsizliyin artmasına və hökumətdəki korrupsiyaya etiraz olaraq nümayişlər yenidən başlayıb. 


23:32***25.10.2019

Oktyabrın 25-də İraqın paytaxtı Bağdad şəhərində və ölkənin digər əyalətlərində baş verən iğtişaşlarda ən az 21 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Polislə etirazçılar arasında baş verən qarşıdurmalarda 1179 nəfər yaralanıb və onlardan bir çoxunun vəziyyəti ağırdır.

Qeyd olunub ki, bir sıra əyalətlərdə etirazçılar yerli idarələrin binalarına hücum edərək onları yandırır və yararsız hala salırlar.

Son xəbərlər

Orphus sistemi