İraqda parlament seçkiləri 2018-ci il mayın 15-də keçiriləcək

İraqda parlament seçkiləri 2018-ci il mayın 15-də keçiriləcək Silahlı birləşmələri olan partiyalar seçkilərə buraxılmayacaq
Digər ölkələr
1 Noyabr , 2017 00:38
İraqda parlament seçkiləri 2018-ci il mayın 15-də keçiriləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ İraqın Nümayəndələr Şurasına (parlament) seçkilər 15 may 2018-ci il tarixində keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Nazirlər Kabineti müşavirəsinin nəticələrinə əsasən, İraqın baş naziri Heydər əl-Abadinin Dəftərxanası məlumat yayıb.

Hökumət seçkilərin keçirilməsi üçün zəruri təhlükəsizlik şəraitinin yaradılması barədə göstəriş verib. Səsvermə elektron qaydada aparılacaq. Öz silahlı birləşmələri olan partiyalar seçkilərə buraxılmayacaq.

Son xəbərlər

Orphus sistemi