İraqda onlarla insan daşqınların qurbanı olub, yüzdən çox xəsarət alan var

İraqda onlarla insan daşqınların qurbanı olub, yüzdən çox xəsarət alan var Bakı. 26 noyabr. REPORT.AZ/ İraqda onlarla insan daşqınların qurbanı olub .
Digər ölkələr
26 Noyabr , 2018 01:13
İraqda onlarla insan daşqınların qurbanı olub, yüzdən çox xəsarət alan var

Bakı. 26 noyabr. REPORT.AZ/ İraqda onlarla insan daşqınların qurbanı olub .

"Report" "Al-Sumaria" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf Bədrə məlumat yayıb.

O, bildirib ki, İraqın ayrı-ayrı vilayətlərində leysan yağışların səbəb olduğu daşqınlar 21 nəfərin həyatına son qoyub. Daşqınlar zamanı həmçinin 180 nəfər xəsarət alıb.

Telekanal daha əvvəl daşqınlar səbəbindən Şerqat rayonunda 3 min evin su altında qalması, azı 7 nəfərin ölməsi barədə məlumat yayıb.

Qeyd edək ki, son günlər İraqda aramsız leysan yağışlar yağır. 

Son xəbərlər

Orphus sistemi