İraqda sel zamanı 9 nəfər ölüb, daha 22 nəfər xəsarət alıb

İraqda sel zamanı 9 nəfər ölüb, daha 22 nəfər xəsarət alıb Bakı. 24 noyabr. REPORT.AZ/ İraqın şimalında leysan yağışların səbəb olduğu sel dağıntılara və insan tələfatına yol açıb.
Digər ölkələr
24 Noyabr , 2018 04:27
İraqda sel zamanı 9 nəfər ölüb, daha 22 nəfər xəsarət alıb

Bakı. 24 noyabr. REPORT.AZ/ İraqın şimalında leysan yağışların səbəb olduğu sel dağıntılara və insan tələfatına yol açıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sel zamanı 9 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.

Qeyd edilir ki, təbii hadisə Səlahəddin, MosulKərkük ərazilərinə daha çox zərər vurub. Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Seyd əl-Bedr bildirib ki, sel Səlahəddində 5, Zi Karda 2, Bəsrədə 1, Vaistdə 1 nəfərin həyatına son qoyub. 

Sel habelə təsərrüfata da zərər vurub. 

Son xəbərlər

Orphus sistemi