Yuxarı

​İraqda oğurlanan 18 Türkiyə vətəndaşı azad olunub

Bu barədə Türkiyə mətbuatı yazır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Sentyabrın əvvəlində Bağdadda 18 türk işçisini oğurlayan terrorçular, onlar tərəfindən bütün girovların azad olunması anlamına gələn videoyazı yayıblar.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Daily Sabah" nəşri yazıb.

Sentyabrda Türkiyənin "Nurol" inşaat şirkəti Bağdadda Türkiyə vətəndaşı olan 18 əməkdaşının oğurlanması faktını təsdiq etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi