İraqda baş vermiş partlayışlarda 7 nəfər ölüb, 31 nəfər yaralanıb

İraqda baş vermiş partlayışlarda 7 nəfər ölüb, 31 nəfər yaralanıb Terror aktları paytaxtın ayrı-ayrı yerlərində baş verib
Digər ölkələr
10 Noyabr , 2016 08:23
İraqda baş vermiş partlayışlarda 7 nəfər ölüb, 31 nəfər yaralanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda baş vermiş partlayışlar zamanı 7 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, paytaxtın Et-Taci rayonunda yola quraşdırılmış partlayıcı qurğu hərbi maşın ərazidən keçərkən işə düşüb.

Nəticədə 1 əsgər ölüb, 4-ü yaralanıb.

Bağdadın El-Gazaliyyə bölgəsindəki qəhvəxanada baş vermiş terror aktında isə iki nəfər ölüb, 8 nəfər yaralanıb. El-Medain rayonunda isə avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Bununla yanaşı, paytaxtın digər ərazisində baş vermiş partlayışlar zamanı 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi