İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib Dörd min beş yüz ailə şəhərin tarixi rayonu ərazisindən çıxarılıb
Digər ölkələr
26 Aprel , 2017 01:15
İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

Bakı. 26 aprel. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri Mosulun qərb hissəsində artıq 260 min dinc sakini İŞİD terror təşkilatının əsirliyindən xilas ediblər.

"Report" xəbər verir ki, bu barədə yerli federal polisin məlumatında bildirilir.

Qeyd olunur ki, 4 min 500 ailə şəhərin tarixi rayonu ərazisində çıxarılıb.

Məlumata görə, bundan əvvəl şəhərin terrorçulardan azad olunmuş rayonlarında elektrik enerjisi və su təchizatı üzrə təmir işləri görülür. Sosial obyektlərin işi bərpa olunur.

Son xəbərlər

Orphus sistemi