​İraqda 130 İŞİD terrorçusu məhv edilib

​İraqda 130 İŞİD terrorçusu məhv edilib Hərbi əməliyyatların əsas zərbə istiqaməti Ramadi və Əl-Fəlluca olub
Digər ölkələr
17 İyul , 2015 03:25
​İraqda 130 İŞİD terrorçusu məhv edilib

Bakı. 17 İyul. REPORT.AZ/ İraqın Hərbi Hava Qüvvələri və Ordu aviasiyası cümə axşamı Ənbar əyalətində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının 130 silahlısını zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Hərbi Hava Qüvvələri və Ordu aviasiyası tərəfindən Əl-Xaldiyə şəhəri ərazisinə endirilən hava zərbələri nəticəsində 60 ekstremist, 14 minalanmış nəqliyyat vasitəsi və 8 istehkam məhv edilib", - deyə İdarədən bildirilib.

"Ordu aviasiyasının Ramadi şəhərində gübrə istehsalı fabriki ərazisinə zərbə endirməsi nəticəsində 70 İŞİD terrorçusu zərərsizləşdirilib", - deyə məlumat verilib.

Bazar ertəsi İraqın Ordu Komandanlığı ekstremistlərin Ənbar əyalətindəki mövqelərinə hücuma başladıqlarını bəyan edib. Hərbi əməliyyatların əsas istiqamətləri Ramadi və Əl-Fəllucadır. Hər iki şəhər hələ də İŞİD-in nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi