İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir O, türkiyəli həmkarı Hülusi Akarla görüşəcək
Digər ölkələr
23 Sentyabr , 2017 12:41
İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

Bakı. 23 sentyabr. REPORT.AZ/ İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə səfər edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Osman Qənimi bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akarla görüşəcək. 

Qeyd edək ki, İraqın şimalındakı kürd muxtar bölgəsi sentyabrın 25-də "müstəqilliklə bağlı referendum" keçirməyi planlaşdırır. Türkiyə, İraq, İran, ABŞ və bir sıra dövlətlər belə bir tədbirin keçirilməsinin əleyhinədir və bölgə hökumətindən "referendum"u təxirə salmağı tələb ediblər. 

Son xəbərlər

Orphus sistemi