Yuxarı

İraq parlamentinin sədri toxunulmazlıqdan məhrum edilib

Səlim Əl-Caburi daha əvvəl korrupsiya ittihamlarına cavab olaraq parlamentə bu istəklə müraciət edib

Bakı. 9 avqust. REPORT.AZ/ İraqın parlament üzvləri bu gün ölkə parlamentinin sədri Səlim Əl-Caburinin toxunulmazlıqdan məhrum edilməsinə səs veriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, daha əvvəl S.Əl-Caburi korrupsiya şəbəkəsində əli olması ittihamlarına cavab olaraq özü parlamentə bu istəklə müraciət etmişdi.

Qeyd edək ki, avqustun 1-də İraq müdafiə naziri Xalid əl-Obeydi korrupsiya şübhəsi ilə parlament qarşısında cavab verərkən spiker Əl-Caburi və bir sıra deputatı silah alışı ilə bağlı müqavilələrdə saxtakarlığa yol verməkdə ittiham edib. İraq baş naziri məsələnin araşdırılması ilə bağlı göstəriş verib və istintaq zamanı şübhəlilərin ölkəni tərk etməsi qadağan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi