Yuxarı
    Bağlamaq

    İraq ordusu qədim şəhəri terrorçulardan azad edib

    Nimrud şəhəri üzərində İraqın dövlət bayrağı qaldırılıb

    Bakı. 18 oktyabr. REPORT.AZ/ Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İraq ordusunun nəzarətinə keçib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Nimrud şəhəri üzərində İraqın dövlət bayrağı qaldırılıb.

    Məlumata görə, ötən ilin martında terrorçu İŞİD qruplaşması bu şəhəri ələ keçirərək, tarixi abidələri dağıdıb.

    Qeyd edək ki, 2003-cü ildə ABŞ ordusu İraqa girəndə də bu şəhərə böyük ziyan dəymişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi