Yuxarı
    Bağlamaq

    ​İraq hökuməti tam tərkibdə istefaya getməyə hazır olduğunu bildirib

    Əl-İbadi geniş miqyaslı islahat aparmaq üçün nazir vəzifələrinə yeni namizədlər təklif etməsini istəyib

    Bakı. 16 mart. REPORT.AZ/ "İraq hökuməti tam tərkibdə istefa verməyə hazırdır".

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin xüsusi bəyantında vurğulanıb.

    "İraq hökuməti məsuliyyətini dərk edərək, lazımi vaxtda istefa verməyə hazırdır ", - kabinetin bəyantında vurğulanıb.

    Ehtimal edilir ki, bu, ölkədə baş nazir Heydər əl-İbadinin aparmaq istədiyi islahatlar prosesini dəstəkləmək cəhddir.

    Ötən gün İraqın baş naziri genişmiqyaslı islahat aparmaq üçün dövlət komissiyasına müraciət edərək, onlardan nazir vəzifələrinə yeni namizədlər təklif etməsini istəyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi