İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb Axtarış zamanı onlardan partlayıcı maddə, pulemyot və Kalaşnikov avtomatları götürülüb
Digər ölkələr
25 İyun , 2017 00:30
İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. 25 iyun. REPORT.AZ/ İranın təhlükəsizlik qüvvələri tərəfindən İŞİD terror təşkilatı ilə əlaqəli olan bir qrup şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Tasnim" məlumat yayıb.

Saxlanılanlar İranda terror aktı törətməyi planlaşdırıblar.

Bildirilir ki, axtarış zamanı onlardan partlayıcı maddələr, Kalaşnikov avtomatları və pulemyot götürülüb.

Son xəbərlər

Orphus sistemi