İran Suriyada bir neçə elektrik stansiyası tikəcək

İran Suriyada bir neçə elektrik stansiyası tikəcək Bakı. 29 yanvar. REPORT.AZ/ İran Suriya ilə imzalanmış iqtisadi əməkdaşlıq memorandumu çərçivəsində bu ərəb respublikasında bir neçə elektrik stansiyası inşa edəcək.
Digər ölkələr
29 Yanvar , 2019 00:48
İran Suriyada bir neçə elektrik stansiyası tikəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ İran Suriya ilə imzalanmış iqtisadi əməkdaşlıq memorandumu çərçivəsində bu ərəb respublikasında bir neçə elektrik stansiyası inşa edəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

"Biz Suriyada bir neçə elektrik stansiyasının inşası və yenidənqurulması sahəsində əməkdaşlıq haqqında müqavilə bağladıq. İlk belə stansiyanın əsası sabah Latakiyada qoyulacaq", - deyə Cahangiri bildirib.

Son xəbərlər

Orphus sistemi