Yuxarı
    Bağlamaq

    İran Səudiyyə Ərəbistanını Yəməndəki səfirliyinə hava zərbələri endirməkdə ittiham edib

    Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası isə Sanaya zərbələrin husilərə qarşı olduğunu bildirib

    Bakı. 7 yanvar. REPORT.AZ/ Rəsmi Tehran Səudiyyə Ərəbistanını İranın Yəməndəki səfirliyinə hava zərbələri endirməkdə ittiham edib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, aviazərbələr paytaxt Sanaya endirilib. Səfirliyin bir neçə işçisi yaralanıb.

    Bundan əlavə, İran Səudiyyə Ərəbistanını qadağan olunmuş kasset bombasından istifadə etməkdə ittiham edib.

    Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası isə öz növbəsində Sanaya zərbələrin husilərə qarşı olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi