İran ABŞ-ı BMT-nin Beynəlxalq məhkəməsinə verib

İran ABŞ-ı BMT-nin Beynəlxalq məhkəməsinə verib İddiada İran hökuməti antiiran hərəkətlərinin qınanmasını, eləcə də Vaşinqtonun zərərə görə təzminat ödəməsini tələb edib
Digər ölkələr
16 İyun , 2016 09:33
İran ABŞ-ı BMT-nin Beynəlxalq məhkəməsinə verib

Bakı. 16 iyun. REPORT.AZ/ İran 2 mlrd. ABŞ dolları məbləğində dondurulmuş aktivləri qaytarmaqdan imtina etdiyinə görə, Amerika Birləşmiş Ştatlarına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırıb. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran telekanalının efirində ölkənin prezidenti Həsən Ruhani bildirib.

İddiada İran hökuməti antiiran hərəkətlərinin qınanmasını, eləcə də Vaşinqtonun zərərə görə təzminat ödəməsini tələb edib.

Bu ilin aprel ayında ABŞ Ali Məhkəməsi 2 mlrd. ABŞ dollarının 1983-cü ildə Beyrutdakı partlayışın və digər terror aktları qurbanlarının ailələrinə ödənilməsi haqqında qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi