Yuxarı

İordaniyanın cənubunda avtobus aşıb, 14 zəvvar həyatını itirib

Zəvvarlar ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yol almışdı

Bakı. 17 mart. REPORT.AZ/ İordaniyanın cənubunda baş verən yol qəzasında 14 fələstinli zəvvar həyatını itirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, zəvvarların avtobusu aşıb.

Daha 36 nəfər yaralanıb.

Hökumət nümayəndələrinin məlumatına görə, avtobusun sürücüsü Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığında, paytaxt Ammandan 320 km cənubda idarəetməni itirib.

Qeyd edək ki, zəvvarlar ümrə ziyarəti (Həcc mövsümü olmadığı dövrlərdə Məkkənin ziyarət edilməsi - red.) üçün Səudiyyə Ərəbistanına yol almışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi