Yuxarı
    Bağlamaq

    İnterpol Serbiya və Çernoqoriyanın keçmiş prezidentini axtarışa verib

    Order daha əvvəl 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilən Maroviçin cəzasını çəkməsi üçün ortaya çıxmaması ilə bağlı verilib© Vijesti.me

    Bakı. 16 may. REPORT.AZ/ Keçmiş ittifaq dövləti Serbiya və Çernoqoriyanın keçmiş prezidenti Svetozar Maroviç beynəlxalq axtarışa verilib.

    "Report" TASS-a istinadən xəbər verir ki, İnterpolun Podqoritsadakı Milli Bürosu məhkəmə qərarı əsasında S.Maroviçin həbsi üçün beynəlxalq order verib.

    Order daha əvvəl 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilən Maroviçin cəzasını çəkməsi üçün ortaya çıxmaması ilə bağlı verilib.

    Qeyd edək ki, S.Maroviç sabiq ittifaq dövlətinin yarandığı 2003-cü ildən onun parçalandığı 2006-cı ilə qədər Serbiya və Çernoqoriyanın prezidenti vəzifəsini tutub. O, Budva turizm şəhərində tikinti layihələri ilə bağlı fırıldaqçılıqda ittiham olunan zaman 1,1 milyon avro ödəyəcəyini və 100 min avro məbləğində vəsaiti xeyriyyə məqsədilə ayıracağını vəd edərək istintaqla anlaşma əldə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi