İngiltərədə təyyarə ilə helikopter toqquşub

Digər ölkələr
  • 17 noyabr, 2017
  • 15:01
İngiltərədə təyyarə ilə helikopter toqquşub

Bakı. 17 noyabr. REPORT.AZ/ İngiltərədə təyyarə ilə helikopter toqquşub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İngiltərənin Bakinqemşir bölgəsində olub.

Nəticədə çoxlu sayda insanın zərər görəcəyi ehtimal olunur.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib.