Bakı. 25 dekabr. REPORT.AZ/ İndoneziyada Anak-Krakatau vulkanının püskürməsi ilə əlaqədar Sunda boğazında yeni sunami təhlükəsi barədə xəbərdarlıq edilib.
Bu barədə "Report" "Anadolu"ya istinadən məlumat verir.
Püskürmənin səsləri yaxınlıqdakı yaşayış məntəqələrinə qədər çatır. Səlahiyyətlilər yerli əhalini sahildən uzaq qalmağa, xilasediciləri isə bölgədən ayrılmağa çağırıb.
Xatırladaq ki, dünən İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə Milli Agentliyi ölkədə baş verən son sunami hadisəsi nəticəsində 373 nəfərin öldüyünü, 1459 nəfərin xəsarət aldığını, 128 nəfərin isə itkin düşdüyünü bildirib.