​İndoneziyada vulkan səbəbindən hava limanı bağlanıb

​İndoneziyada vulkan səbəbindən hava limanı bağlanıb Yekun qərar metroloji vəziyyət nəzərə alınaraq qəbul olunacaq
Digər ölkələr
30 Avqust , 2015 09:30
​İndoneziyada vulkan səbəbindən hava limanı bağlanıb

Bakı. 30 Avqust. REPORT.AZ/ İndoneziya hakimiyyəti ölkənin Şimali Sulavesi əyalətində Manado inzibati mərkəzindən təqribən 1,6 min km aralıda yerləşən Lokon vulkanının fəallaşması ilə əlaqədar hava limanının işini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Antara" agentliyi məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, vulkan ötən gecədən havaya kül atmağa başlayıb. Hava limanı bu gün ərzində bağlı olacaq, lakin uçuşların bərpası ilə bağlı yekun qərar metroloji vəziyyət nəzərə alınaraq qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi