Yuxarı

İndoneziyada vulkan səbəbindən 10 minə yaxın insan təxliyə edilib

Sinabunq fəaliyyətdə olan vulkan hesab edilir

Bakı. 25 avqust. REPORT.AZ/ İndoneziyanın Sumatra adasının şimalında yerləşən yaşayış məntəqələrindən təqribən 10 minə yaxın insan Sinabunq vulkanının püskürməsindən sonra təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Detick" xəbər portalı məlumat yayıb.

Hazırda yerli hakimiyyət orqanları vulkanın kraterindən 7 km. məsafədə ərazini tam olaraq bağlayıblar. Birinci kül püskürməsi avqustun 24-də qeydə alınıb, gün ərzində vulkan fəallığını davam etdirib, havaya qalxan tüstünün və qızmar hissəciklərin hündürlüyü 3,5 km.-ə çatıb.

Sinabunq fəaliyyətdə olan vulkan hesab edilir, o, dəniz səviyyəsindən 2460 metr yüksəklikdə yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi