Yuxarı
    Bağlamaq

    İndoneziyada terror aktları hazırlayan 11 yaraqlı həbs edilib

    Şübhəli şəxslər kilsələrə, polis bölmələrinə, eləcə də ölkənin silahlı qüvvələrinin komanda məntəqələrinə hücumlar hazırlayıb

    Bakı. 25 dekabr. REPORT.AZ/ İndoneziya xüsusi xidmət orqanları ölkənin müxtəlif əyalətlərində apardığı reyd nəticəsində 2 nəfər kamikadze-terrorçunu həbs edib.

    "Report" TASS-a istinadən xəbər verir ki, ümumilikdə isə beş günə 11 nəfər həbs edilib. Onlar Milad bayramı və Yeni il öncəsi terror aktları törədəcəyi şübhəsiylə güc strukturları tərəfindən saxlanılıb.

    Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şübhəli şəxslər kilsələrə, polis bölmələrinə, eləcə də ölkənin silahlı qüvvələrinin komanda məntəqələrinə hücumlar hazırlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi