İndoneziyada sunami nəticəsində ölənlərin sayı 429 nəfərədək artıb

Digər ölkələr
  • 25 dekabr, 2018
  • 07:19
İndoneziyada sunami nəticəsində ölənlərin sayı 429 nəfərədək artıb
USA Today

Bakı. 25 dekabr. REPORT.AZ/ İndoneziyada sunami qurbanlarının sayı 429 nəfərə çatıb.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə Milli Agentliyinin nümayəndəsi Sutopo Nuqroho məlumat verib.

Qeyd edək ki, dekabrın 23-nə keçən gecə İndoneziyanın Yava və Sumatra adalarının sahillərində güclü sunami meydana gəlib. 

Ekspertlər hesab edirlər ki, güclü dalğa Krakatau vulkanının bu yaxınlarda püskürməsi ilə əlaqədar ola bilər.

İndoneziyada Sunda boğazında yeni sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

44 filmi