İndoneziyada Sinabunq vulkanı növbəti dəfə püskürüb

Digər ölkələr
  • 06 noyabr, 2016
  • 06:28
İndoneziyada Sinabunq vulkanı növbəti dəfə püskürüb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bazar günü İndoneziyanın Sumatra adasının şimal hissəsində yerləşən Sinabunq vulkanı püskürüb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, vulkan səmaya 1,5 km. hündürlükdə kül atıb.

Vulkan oktyabrın 31-dən püskürməyə başlayıb. Həmin vaxt o, havaya 3 km. hündürlükdə kül atmışdı.