İndoneziyada koronavirusdan ölənlərin sayı 1 000-ə çatır

İndoneziyada koronavirusdan ölənlərin sayı 1 000-ə çatır İndoneziyada son sutkada daha 367 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
7 May , 2020 13:48
İndoneziyada koronavirusdan ölənlərin sayı 1 000-ə çatır

İndoneziyada son sutkada daha 367 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İndoneziyada yoluxanların ümumi sayı 12 776-ya, koronavirusdan ölənlərin sayı 930-a çatıb. Bu günədək İndoneziyada 2 381 pasiyent koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi