İndoneziyada koronavirusa yoluxanların sayı 46 mini keçdi

İndoneziyada koronavirusa yoluxanların sayı 46 mini keçdi İndoneziyada yeni növ koronavirusa yoluxma ilə bağlı qeydə alınan halların sayı 46 mini keçib.
Digər ölkələr
22 İyun , 2020 14:28
İndoneziyada koronavirusa yoluxanların sayı 46 mini keçdi

İndoneziyada yeni növ koronavirusa yoluxma ilə bağlı qeydə alınan halların sayı 46 mini keçib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, COVID-19-ə yoluxanların ümumi sayı son sutkada 954 nəfər artaraq 46 845-ə çatıb. 

Son gündə 35 nəfər virus qurbanı olub və bununla ölkədə COVID-19-dan ölənlərin sayı 2 500-ə çatıb. İndoneziyada epidemiya başlayandan bu yana 18 735 xəstə koronavirusdan sağalıb.

Son xəbərlər

Orphus sistemi