İndoneziyada 6,8 bal gücündə zəlzələ olub

İndoneziyada 6,8 bal gücündə zəlzələ olub Yeraltı təkanlar nəticəsində 3 nəfər yaralanıb, çoxlu sayda binaya müxtəlif dərəcədə ziyan dəyib
Digər ölkələr
30 May , 2017 12:56
İndoneziyada 6,8 bal gücündə zəlzələ olub

Bakı. 30 may. REPORT.AZ/ İndoneziyanın Sulavesi adasında 6,8 bal gücündə zəlzələ olub.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Geoloji Araşdırma Mərkəzindən bildiriblər.

Təbii fəlakət nəticəsində 3 nəfər yaralanıb, çoxlu sayda binaya ziyan dəyib. Zəlzələ 9,1 kilometr dərinlikdə qeydə alınıb. 

Məlumata görə, zəlzələnin ardınca bölgədə sunaminin baş verəcəyi gözlənilmir. 

Son xəbərlər

Orphus sistemi