​İndoneziya səkkiz əcnəbi vətəndaşı edam edib

Digər ölkələr
  • 28 aprel, 2015
  • 18:42
​İndoneziya səkkiz əcnəbi vətəndaşı edam edib

Bakı. 28 aprel. REPORT.AZ/ İndoneziyada narkotik maddə alverində müqəssir bilinən səkkiz xarici ölkə vətəndaşı edam edilib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, edam edilənlər arasında Avstraliya, Nigeriya və Braziliya vətəndaşları olub.

Məlumata görə, ölüm hökmünə məhkum edilən dustaqlardan biri, avstraliyalı Endryu Çan edamdan bir gün əvvəl evlənib.

44 filmi