İndoneziya hökuməti Balidə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

İndoneziya hökuməti Balidə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb Fövqəladə hallar rejimi ərzində dəymiş zərər təqribən 146 mln. ABŞ dolları təşkil edib
Digər ölkələr
27 Oktyabr , 2017 10:18
İndoneziya hökuməti Balidə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

Bakı. 27 oktyabr. REPORT.AZ / İndoneziya hakimiyyəti Balinin ən yüksək nöqtəsində - Aqunq dağında yerləşən vulkanın püskürməsi səbəbindən fövqəladə hallar rejiminin müddətini uzadıb.

"Report"un "The Straits Times"a istinadən verdiyi məlumata görə, bu qərar hökumətin iclasından sonra qəbul olunub.

Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyin rəsmisi Sutopo Nuqroxo vurğulayıb ki, adanın əsas turizm istiqamətləri, həmçinin Denpasar inzibati mərkəzi vulkanın püskürməsi halında zərər görməyəcək.

Yerli hökumətin ilkin hesablamalarına görə, sentyabrın 22-də elan olunmuş fövqəladə hallar rejimi ərzində dəymiş zərər təqribən 146 mln. ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi