Yuxarı

​İki min qaçqının olduğu üç qatar Münhen vağzalına gəlib

Gələnlərin əksəriyyəti Bavariyanın paytaxtında qalmayıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ İki min qaçqının olduğu üç qatar bazar günü Macarıstandan Münhen vağzalına gəlib.

"Report" xəbər verir ki, bu barədə federal polisin məlumatında bildirilir.

Gələnlərin əksəriyyəti Bavariyanın paytaxtında qalmayıb və digər qatarlara miniblər. Min nəfəri daşıyan xüsusi qatar Dortmund, digəri isə Braunşveyq istiqamətində yola düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi