İƏT-in bəyannaməsi: Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır

İƏT-in bəyannaməsi: Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır Sənəddə beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb
Digər ölkələr
13 Dekabr , 2017 17:07
İƏT-in bəyannaməsi: Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır

Bakı. 13 dekabr. REPORT.AZ/ “Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır”.

“Report” xəbər verir ki, bu, dekabrın 13-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə zirvə toplantısının yekun bəyannaməsində vurğulanıb.

Sənəddə beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb.

Bəyannamədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarının hüquqi baxımdan keçərsiz olduğu elan edilib: "Bu qərar Fələstin xalqının tarixi, hüquqi, təbii və milli haqlarına bir hücum, bütün sülh cəhdlərinin baltalanması, radikallığı, terrorizmi sürətləndirəcək təhrikedici ünsür, beynəlxalq sülhü və təhlükəsizliyi hədəf alan bir tədiddir. Qüds-ü-Şərifin statusunu dəyişdirmək məqsədi daşıyan təhlükəli qərar hökmsüz və qanundan kənardır”. 

Sənəddə məlum qərarın BMT Təhlükəsizlik Şurasının 1980 və 2016-cı ildə qəbul edilən qətnamələrinə ziddi olduğu vurğulanıb: "ABŞ adminstrasiyası bu qərarından geri çəkilməzsə, baş verəcəyi ehtmal olunan bütün acı nəticələrə görə məsuliyyət daşıyacaq".

Son xəbərlər

Orphus sistemi