Bakı. 24 mart. REPORT.AZ/ Misirin keçmiş prezidenti Hüsnü Mübarək həbsdən azad edilib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 88 yaşlı Hüsnü Mübarək həbsxanada 6 il keçirib.
Xatırladaq ki, 2011-ci ilin əvvəlində bir sıra ərəb ölkələrində hökumətə qarşı iqtisadi və sosial problemlərlə bağlı kütləvi etiraz aksiyaları başlayıb.
2011-ci ilin yanvarın 25-də Qahirədə küçələrə axışan minlərlə insan Mübarəkin istefasını tələb etdi. Misirdə etirazlar 18 gün sürüb.