Honq Konqda icazəsiz nümayişlər zamanı xeyli adam saxlanılıb

Honq Konqda icazəsiz nümayişlər zamanı xeyli adam saxlanılıb Honq Konqda keçirilən icazəsiz etiraz nümayişləri zamanı polislə toqquşmalar nəticəsində 49 nəfər saxlanılıb.
Digər ölkələr
29 İyul , 2019 11:13
Honq Konqda icazəsiz nümayişlər zamanı xeyli adam saxlanılıb

Honq Konqda keçirilən icazəsiz etiraz nümayişləri zamanı polislə toqquşmalar nəticəsində 49 nəfər saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli polisin yaydığı məlumata görə, ötən gün keçirilən nümayiş hökumətlə razılaşdırılsa da, bir müddət sonra nümayişçilərin bir qismi nəzərdə tutulan marşrutdan çıxaraq şəhərin mərkəzindəki bəzi küçələri bağlayıblar. Saat 19 radələrində polis müvafiq xəbərdarlıqdan sonra bibər qazı tətbiq etsə də, toplaşan izdiham dağılmayıb və polislə nümayişçilər arasında toqquşmalar baş verib.

Polisin açıqlamasında etirazçıların sərt qisminin artıq “sürahı sındırmaq, kərpic və metal parçaları atmaqdan yanğınlar və böyük dağıntılar törətməyə keçmələri”, “nəticələrə tam saymazyanalıq göstərərək polis əməkdaşlarına hücum çəkib onlara kərpic və şüşə qablar atdıqları, naməlum maye tökdükləri, arbaletdən metal kürələr və yaylardan ox atdıqları” da göstərilir.

Son xəbərlər

Orphus sistemi