Bakı. 26 dekabr. REPORT.AZ/ Honkonq polisi davam edən etiraz aksiyaları zamanı ən azı 37 nümayişçi saxlayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının bəyanatında deyilir ki, bu gecə etirazçılar Monq-Kok əyalətində bir neçə yolu bağlayıb və polisin tələbi ilə onları təmizləməkdən imtina edib. Saxlanılanlar arasında 13 yaşdan 76 yaşa qədər nümayişçilər var.
Həmçinin dekabrın 24-də axşam Honkonqda yerli hakimiyyət orqanlarına seçkilərin kifayət qədər demokratik olmaması ilə əlaqədar nümayişlər keçirilib. Polis aksiyanın dağıdılması üçün güc tətbiq edib və 12 nəfəri saxlayıb.