Honkonq rəhbərliyi istənilən xarici müdaxiləni yolverilməz hesab edir

Honkonq rəhbərliyi istənilən xarici müdaxiləni yolverilməz hesab edir Hər hansı bir ölkənin Honkonqun daxili işlərinə müdaxiləsi tamamilə lüzumsuzdur, yerli fəallar ABŞ-ı Honkonqda demokratiya və insan hüquqları haqqında qanun qəbul etməyə çağırmağı dayandırmalıdırlar.
Digər ölkələr
10 Sentyabr , 2019 10:59
Honkonq rəhbərliyi istənilən xarici müdaxiləni yolverilməz hesab edir

"Hər hansı bir ölkənin Honkonqun daxili işlərinə müdaxiləsi tamamilə lüzumsuzdur, yerli fəallar ABŞ-ı Honkonqda demokratiya və insan hüquqları haqqında qanun qəbul etməyə çağırmağı dayandırmalıdırlar".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Honkonq Administrasiyasının rəhbəri Kerri Lem bildirib.

"Honkonqun daxili işlərinə başqa bir ölkənin konqresi tərəfindən hər hansı bir şəkildə müdaxilə edilməsi tamamilə lüzumsuz və yersizdir. Ümid edirəm ki, yerli xadimlər, xüsusən də müəyyən vəzifə tutan şəxslər bundan sonra belə təşəbbüslə çıxış etməyəcək və ABŞ Konqresindən müvafiq qanun qəbul etmək xahişini dayandıracaq", - K.Lem deyib.

O, Honkonq hökumətinin təməl insan azadlıqlarını qorumaq və xüsusi inzibati bölgənin Əsas Qanununa riayət etmək öhdəliklərinin olduğunu söyləyib.

Orphus sistemi