Honkonq hava limanında etiraz aksiyası keçirilir - FOTO

Honkonq hava limanında etiraz aksiyası keçirilir - FOTO Yüzlərlə etirazçı Honkonq Beynəlxalq Hava Limanında hökumət əleyhinə etiraz aksiyası təşkil edib.
Digər ölkələr
26 İyul , 2019 11:41
Honkonq hava limanında etiraz aksiyası keçirilir - FOTO

Yüzlərlə etirazçı Honkonq Beynəlxalq Hava Limanında hökumət əleyhinə etiraz aksiyası təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli televiziya aksiyanın dinc xarakter daşıdığını bildirib.

Aksiyaya artıq göyərtə bələdçiləri və bir sıra yerli aviaşirkətlərin əməkdaşları qatılıb.

Hava limanının mətbuat xidmətimdən aeroportun normal rejimdə fəaliyyət göstərəcəyi bildirilib.

Qeyd edək ki, bir neçə həftə əvvəl burada Çin qanunlarını pozmaqda şübhəli bilinən və ya axtarışda olan şəxslərin mühakimə olunması üçün Çinin materik hissəsinə təhvil verilməsi mexanizmini tənzimləməyə çalışan yerli hökumətin irəli sürdüyü qanun layihəsinə qarşı kütləvi etirazlar keçirilib.

Son xəbərlər

Orphus sistemi