Hindistanın baş nazirinin Yaponiyaya rəsmi səfəri başlayır

Hindistanın baş nazirinin Yaponiyaya rəsmi səfəri başlayır Modi Yaponiyada bu ölkənin və Hindistanın biznesmenləri ilə görüşəcək
Digər ölkələr
10 Noyabr , 2016 07:03
Hindistanın baş nazirinin Yaponiyaya rəsmi səfəri başlayır

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Hindistanın baş naziri Narendra Modi Yaponiyaya rəsmi səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, səfərdə diqqət mərkəzində olan əsas məsələlərdən biri də dinc məqsədli atom sahəsində əməkdaşlıq sazişinin imzalanmasıdır.

Səfər hər il yüksək səviyyədə keçirilən Hindistan-Yaponiya ikitərəfli əməkdaşlığı çərçivəsində baş tutacaq. Qeyd edək ki, artıq 3-cü ildir ölkələrin yüksək səviyyəli rəsmiləri qarşılıqlı səfər edirlər.

Bu, Modinin 2014-cü ilin mayında hakimiyyətə gəlişindən sonra Yaponiyaya ikinci səfəridir. Onun ilk səfəri elə həmin ildə reallaşıb. 2014-cü ildə baş tutmuş birinci səfərdə ölkələrin qarşılıqlı münasibətləri "xüsusi strateji" və qlobal müttəfqilik səviyyəsinə qədər ucalıb.

Modi Yaponiyada bu ölkənin və Hindistanın biznesmenləri ilə görüşəcək. Özünün də dediyi kimi, o, iş adamları ilə əməkdaşlıq və investisiya əlaqələrinin gələcəkdə daha da möhkəmləndirilməsini müzakirə edəcək.

Hindistanın baş naziri eyni zamanda Yaponiya imperatoru, noyabrın 11-də isə baş nazir Sindzo Abe ilə görüşəcək. Modi bildirib ki, görüşlərdə ikitərəfli əməkdaşlığın bütün spektrləri müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi