Hindistanda zəvvarları daşıyan traktor gölməçəyə düşüb, 26 nəfər ölüb

Hindistanda zəvvarları daşıyan traktor gölməçəyə düşüb, 26 nəfər ölüb Hindistanın Uttar Pradeş ştatının Kanpur rayonunda traktor və onun qoşqusunun aşaraq gölməçəyə düşməsi nəticəsində azı 26 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Digər ölkələr
2 Oktyabr , 2022 07:59
Hindistanda zəvvarları daşıyan traktor gölməçəyə düşüb, 26 nəfər ölüb

Hindistanın Uttar Pradeş ştatının Kanpur rayonunda traktor və onun qoşqusunun aşaraq gölməçəyə düşməsi nəticəsində azı 26 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Bu barədə “Report” “NDTV” kanalına istinadən xəbər verir.

Traktorun qoşqusunda təxminən 50 zəvvar olub. Onların hamısı yerli məbədlərdən birində dini mərasimdən sonra evlərinə qayıdırmış.

Yaralılar xəstəxanaya çatdırılıb, xilasetmə işlərinə polis və yerli sakinlər cəlb olunub. Qeyd olunub ki, ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır.

Uttar Pradeş ştatının baş naziri Yoqi Adityanath ölən və yaralananların ailələrinə başsağlığı verərək, traktor qoşqularından insanları daşımaq üçün istifadə edilməməyə çağıran bəyanat yayıb. O, vurğulayıb ki, onlardan yalnız yüklərin daşınması üçün istifadə edilməlidir.

Son xəbərlər

Orphus sistemi