Hindistanda vaksinlərin qarışdırılması ilə bağlı sınaq həyata keçiriləcək

Hindistanda vaksinlərin qarışdırılması ilə bağlı sınaq həyata keçiriləcək Hindistanlı həkimlər yaxın zamanda koronavirusa qarşı bir neçə vaksindən ibarət qarışıq tərkibin təhlükəsiziyini, immunogenliyini və səmərəliliyini yoxlamağa başlayacaqlar
Digər ölkələr
1 İyun , 2021 13:24
Hindistanda vaksinlərin qarışdırılması ilə bağlı sınaq həyata keçiriləcək

Hindistanlı həkimlər yaxın zamanda koronavirusa qarşı bir neçə vaksindən ibarət qarışıq tərkibin təhlükəsiziyini, immunogenliyini və səmərəliliyini yoxlamağa başlayacaqlar.

Report” TASS-a istinadən məlumat verir ki, bu barədə “The Times of India” qəzeti xəbər yayıb.

Sınaqlar Hindistanda təsdiq edilmiş 3 vaksin – Rusiya istehsalı olan "Sputnik V", Böyük Britaniya və İsveçin "AstraZeneca" şirkətinin hazırladığı “Covishield” və Hindistanın “Bharat Biotech” şirkətinin məhsulu olan “Covaxin” vaksinləri üzərində aparılacaq. Gələcəkdə COVID-19 virusuna qarşı ölkədə yaradılacaq yeni preparatlar da bu sıraya daxil edilə bilər.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyada və İspaniyada aparılmış sınaqlar “Pfizer” və “AstraZeneca” vaksinlərindən ibarət qarışığın təhlükəsiz və immunogen olduğunu göstərmişdir. “Elmi nöqteyi nəzərdən bu mümkündür. Hindistanda peyvəndləmənin sürətini artırmaq baxımından bu xüsusilə vacibdir. Lakin ölkədə mövcud olan hazırki protokol qarışıq tərkibli vaksinin tətbiqinə icazə vermir. Bu səbəbdən səmərəliliyi təsdiq etmək məqsədilə sınaqların keçirilməsi tələb olunur”, - hindistanlı həkim bildirib.

Qeyd edək ki, yaxın zamanda start veriləcək sınaqlar 3 ay davam edəcək. Sınaq vaksin istehsalçıları ilə əməkdaşlıq çərçivəsində Hindistan hökuməti tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi