Hindistanda "Titli" siklonu qurbanlarının sayı 61 nəfərə çatıb

Hindistanda "Titli" siklonu qurbanlarının sayı 61 nəfərə çatıb Bakı. 21 oktyabr. REPORT.AZ/ Hindistanda Titli siklonu qurbanlarının sayı artıb.
Digər ölkələr
21 Oktyabr , 2018 07:27
Hindistanda Titli siklonu qurbanlarının sayı 61 nəfərə çatıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Hindistanda "Titli" siklonu qurbanlarının sayı artıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Odişa vilayətində 10 gün bundan əvvəl tüğyan edən siklon zamanı itkin düşən daha 4 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin 61 nəfərə çatıb.

Qeyd edilir ki, təbii hadisə Odişa vilayətində 57 min evin dağılmasına səbəb olub. Siklondan ən çox Hajapati, Nayaqarh, Cuttak, Keoncar və Angul bölgələri zərər çəkib.

Xatırladaq ki, daha çox insan tələfatına Hajapati dairəsində rast gəlinir. Orada 39 nəfər dünyasını dəyişib.

Həlak olanların çoxu torpaq sürüşmələri, hasarların aşması, suda boğulmalar və ağacların qurbanı olub. Daha əvvəl 57 nəfərin siklonun qurbanı olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi