Hindistanda tikilməkdə olan bina çöküb, ölənlər var

Hindistanda tikilməkdə olan bina çöküb, ölənlər var Təqribən 40 nəfər hələ də dağıntıların altında qalıb
Digər ölkələr
1 Fevral , 2017 17:10
Hindistanda tikilməkdə olan bina çöküb, ölənlər var

Bakı. 1 fevral. REPORT.AZ/ Hindistanın Uttar Pradeş ştatında tikilməkdə olan altımərtəbəli binanın çökməsi nəticəsində 5 nəfər həlak olub, təqribən 40 nəfər hələ də dağıntıların altında qalıb.

"Report" Hindistanın ANI agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

İnsident Kanpur şəhərinin ətrafında baş verib. Hadisə yerində milli fövqəladə vəziyyətlərə reaksiya qüvvələrinin əməkdaşları işləyir.

İndiyə qədər dağıntılar altından 3 nəfər xilas edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dağıntılar altında 30-40 nəfər ola bilər.

Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin məlumatlara görə, təxminən bir ildir inşaat işləri gedən binanın çökməsinə zəif özül səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi